Eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək
AFFA-nın, Sahə Futbol Federasiyaları İctimai Birliyinin və “Bakcell” şirkətinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə mayın 18-dən 22-dək eşitmə qüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri” keçiriləcək.

Memarlıq və İnşaat Universitetinin idman zalında təşkil olunacaq yarışda “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları iştirak edəcəklər.

Xəbər 902 dəfə oxundu.