Formula 1: İkinci sərbəst yürüşdə “Red Bull Racing” komandasının pilotları fərqləniblər
Formula 1 Azərbaycan Qran-Prisinin ikinci sərbəst yürüşündə “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo birinci olub.

Pilot 1 dəqiqə 42,795 saniyəlik nəticə ilə bütün rəqiblərini qabaqlayıb. “Ferrari” komandasının sürücüsü Kimi Raykonnen ikinci yeri tutub. “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub.

Xəbər 1333 dəfə oxundu.