UEFA Çempionlar Liqasının final oyunu 226 ölkədə yayımlanacaq
Mayın 26-da UEFA Çempionlar Liqasının Kiyevdə keçiriləcək final oyunu 226 ölkədə yayımlanacaq.

“Liverpul” və “Real” komandaları arasında keçiriləcək həlledici oyun Olimpiya Stadionunda təşkil olunacaq.

Məşhur niderlandlı DJ Hardwell final oyununda konsert proqramı ilə çıxış edəcək. Musiqiçi 2013-cü və 2014-cü illərdə DJ-lərin reytinq cədvəlində birinci pillədə qərarlaşıb. DJ Hardwell irimiqyaslı musiqi festivallarında iştirak edib.

Daha öncə final oyununda məşhur britaniyalı müğənni Dua Lipanın iştirak edəcəyi bildirilirdi.

Qeyd edək ki, Dua Lipa Formula 1 Azərbaycan Qran-Prisindən sonra “Baku Crystal Hall”da möhtəşəm konsert proqramı ilə çıxış edib.

Xəbər 1101 dəfə oxundu.