“Rabitə” uduzdu, “Azərreyl” qrup sonuncusu oldu
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasının final mərhələsinin VII turunun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, hesabat turunda sensasiya baş verib. Son dövrlər ölkə çempionatında məğlubiyyət bilməyən “Rabitə” klubu, axır zaman toparlanmağa çalışan “İqtisadçı”ya məğlub olub.

Ötən matçda “Bakı”ya uduzan “Azərreyl”, bu tur eyni aqibəti “Lokomotiv”lə görüşdə yaşayaraq vəziyyətini daha çətinləşdirib. Sona 3 oyun qalmış qrupda axırıncı yerə enən “Azərreyl” nəinki çempion olmaq imkanını itirib, CEV kubokunda mübarizə aparmaq şansını belə, təhlükə altına qoyub.
Qeyd edək ki, bu turda “Bakı” istirahət edib.

Super Liqa. Qadınlar
12 aprel. Final mərhələsi, VII tur

“Rabitə” – “İqtisadçı” - 1:3 (25:27, 23:25, 25:13, 19:25)
“Azərreyl” – “Lokomotiv” - 0:3 (19:25, 24:26, 20:25)

O Q M S T X

1. “Rabitə” 6 5 1 16-5 505-402 15
2. “Lokomotiv” 6 3 3 10-10 430-467 9
3. “İqtisadçı” 5 2 3 9-10 399-439 7
4. “Bakı” 5 2 3 6-10 348-368 6
5. “Azərreyl” 6 2 4 8-14 490-500 5

Xəbər 1213 dəfə oxundu.