Namiq Əliyev Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti seçilib
Mayın 10-da Gənclər və İdman Nazirliyində Azərbaycan Güləş Federasiyasının (AGF) seçki konfransı keçirilib.

Nazirlikdən bildiriblər ki, gənclər və idman naziri Azad Rəhimov güləşçilərimizin mötəbər beynəlxalq turnirlərdə qazandıqları qələbələrdən söz açaraq, son Avropa çempionatından yüksək qələbə - 18 medalla qayıdan idmançılarımıza təşəkkür edib, onlarla qürur hissi duyduğunu bildirib.

Azad Rəhimov deyib: “Federasiyada yaşanan problemlərə baxmayaraq, idmançılarımızın uğurlu qələbələri işlərin düzgün şəkildə qurulduğunun əyani göstəricisi olub. Növbəti sınaq Argentinada keçiriləcək gənclərin Olimpiya Oyunları olacaq ki, bu istiqamətdə də uğurlu nəticələrin qazanılacağına ümid edirik”.

Sonra nazir Azad Rəhimov Namiq Əliyevin yenidən AGF-yə dəvət olunduğunu və birinci vitse-prezident vəzifəsində çalışacağını diqqətə çatdırıb. Bununla yanaşı, nazir Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti postunda çalışacağını əlavə edib.

Azad Rəhimov bildirib: “Güləş aləmində kifayət qədər tanınan Namiq Əliyev ölkəmizdə idmanın bu növünün inkişafına töhfə verib. Onun yenidən federasiyaya qayıdışı hər kəs tərəfindən çox müsbət qiymətləndirilib. Firdovsi Umudov komandamızın daim Vətənə qələbələrlə qayıtmasında xüsusi zəhməti və xidməti olan insandır. Əminəm ki, federasiyanın vitse-prezidenti və milli komandanın baş məşqçisi olaraq bundan sonra da zəhmətini əsirgəməyəcək”.

Nazir çıxışının sonunda federasiyaya məşqlərin daha yüksək səviyyədə aparılması üçün bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman komplekslərindən istifadə edilməsini, bununla yanaşı, idmançıların sağlam rəqabətdə qalib gəlmələri üçün Azərbaycan Milli Antidopinq Agentliyi ilə sıx çalışmalarını tövsiyə edib.

AGF-in birinci vitse-prezidenti Namiq Əliyev, milli komandanın baş məşqçisi və federasiyanın vitse-prezidenti Firdovsi Umudov və vitse-prezident Elcin Cəfərov Gənclə.

Xəbər 1078 dəfə oxundu.