Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Avropa Laser4.7 çempionatında iştirak edib
Yelkənli İdman Federasiyasının “Laser” sinfi üzrə milli komandası Yunanıstanın Patra şəhərində keçirilən yelkənli qayıqların Laser4.7 sinfi üzrə Avropa Çempionatında iştirak edib.

Yelkənçilərimizin ilk dəfə iştirak etdiyi bu yarışda Azərbaycan komandasına Yelkənli İdman Federasiyasının idman üzrə koordinatoru Burcu Algon Giorgianni rəhbərlik edib. Heyətin məşqçisi isə Tuğçe Subaşı olub.

Çempionatda Azərbaycanı yelkənçilərimiz Rafiq Orucov, Fərid Məmmədzadə və Ammar Hatim təmsil ediblər.

AZƏRTAC

Xəbər 535 dəfə oxundu.