Azərbaycan nümayəndələri “Buenos-Ayres-2018” Yeniyetmələrin Yay Olimpiya Oyunları çərçivəsində iclasa qatılıblar
Argentina “Buenos-Ayres-2018” Yeniyetmələrin Yay Olimpiya Oyunlarının nümayəndə rəhbərlərinin iclasına ev sahibliyi edir. İki yüzdən çox ölkədən nümayəndə rəhbərləri iclasda iştirak edərək fikir mübadiləsi aparırlar.

Ölkəmizi tədbirdə komandamızın bu yarışlarda nümayəndə heyətinin rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsinin əməkdaşı Mehman Kərimov təmsil edir.

Tədbir çərçivəsində təqdimatçılar nəqliyyat, daşınma, qidalanma, mərasimlər, Yeniyetmələr Olimpiya Kəndinin rolu və funksiyası daxil olmaqla müxtəlif mövzulara toxunacaqlar.

Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin iştirakı gözlənilir.

Milli Olimpiya komitələrinin 280-dən çox nümayəndəsi Gənclər Olimpiya Mərkəzinin tikintisinə, “Buenos-Ayres-2018” Oyunlarının 4 parkına baş çəkəcəklər.

Xəbər 605 dəfə oxundu.