“AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub
Milli Gimnastika Arenasında keçirilən 2003-2005-ci il təvəllüdlü qızlar arasında “AGF Junior Trophy” beynəlxalq bədii gimnastika turnirinə yekun vurulub.

Turnirin son günü gimnastlar fərdi qaydada öz məharətlərini göstəriblər. Son nəticədə 5 ölkənin nümayəndələri fəxri kürsüdə yer almağa nail olublar. Rusiya gimnastları ümumi nəticədə üç qızıl və bir gümüş, Azərbaycan təmsilçiləri 1 qızıl, 1 gümüş və 1 bürünc, Bolqarıstan atletləri 1 gümüş və 2 bürünc, Belarus idmançıları 1 gümüş, israilli qızlar isə bir bürünc medal qazana biliblər.

Ölkəmizə birinciliyi lentlə çıxışlarda Arzu Cəlilova (15,850 xal), topla hərəkətlərdə Nərminə Səmədova (16,050 xal), halqa ilə yarışlarda isə Dərya Farşbafşəhriyari (15,600 xal) qazandırıb. Gürzlərlə mübarizədə isə Arzu Cəlilova 14,900 xal toplayaraq altıncı yerlə kifayətlənməli olub.

Xatırladaq ki, turnirin ilk günündə 2003-2005-ci il təvəllüdlü qızlardan ibarət komanda yarışlarında Azərbaycan yığması 89,250 xal toplayaraq turnirin bürünc medalına layiq görülüb. Azərbaycanın ikinci komandası isə 88,300 xalla beşinci olub.

Bu yaş qrupunda birinci yeri 100,900 xalla Rusiya komandası tutub. Belarus millisi isə 93,300 xalla gümüş medala sahib olub.

Xəbər 864 dəfə oxundu.