Güləşçimiz Kənan Heybətov Avropa çempionatında bürünc medal qazanıb
Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

İlk yarış günündə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində sərbəst güləşçilər yarışıblar.

Güləşçilərimizdən yalnız Kənan Heybətov (45 kq) medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Ukrayna idmançısına qalib gələn güləşçimiz çempionatın bürünc medalını qazanıb.

Xəbər 583 dəfə oxundu.