Paralimpiyaçı cüdoçularımız Antalyada altı medal qazanıblar
Antalyada cüdo idman növü üzrə keçirilən IBSA dünya kuboku yarışları başa çatıb.

Yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.

Millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə çıxış edib.

AZƏRTAC

Xəbər 1477 dəfə oxundu.