Cüdoçularımız Türkiyədə İBSA Dünya Kubokunun ilk günündə 4 medal qazanıb
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə milli komandasının üzvü Hüseyn Rəhimli Türkiyənin Antalya şəhərində keçirilən İBSA Dünya Kubokunda qizil medal qazanıb.

Ümumilikdə cüdoçularımız yarışın ilk günündə bir qızıl, bir gümüş və 2 bürünc medal qazanıblar.

İdmançılarımızdan Hüseyn Rəhimli (81 kq) qızıl, Sevda Vəliyeva (52 kq) gümüş, Orxan Qarayev (60 kq) və Səbinə Abdullayeva (57 kq) isə bürünc medallara sahib olublar.

Sabah yarışlar davam edəcək.

Qeyd edək ki, milli komandamız bu yarışa Azərbaycan Cüdo Federasiyası və “Neftçi” İdman Klubunun dəstəyi ilə qatılıb.

AZƏRTAC

Xəbər 1033 dəfə oxundu.