Topaz Premyer Liqası: “Səbail”-“Kəpəz” oyunu heç-heçə başa çatıb
Aprelin 22-də Topaz Premyer Liqasının XXIV turunun növbəti oyunları çərçivəsində “Kəpəz” “Səbail”nin qonağı olub.

“Bayil Arena” stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib – 1:1.

Matçın 19-ci dəqiqəsində Dario qonaqları hesabda irəli çıxarıb - 0:1. Qoldan beş dəqiqə sonra meydan sahibləri hesabı bərabərləşdirib, F.Miya fərqlənib – 1:1. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatıb.

Bu görüşdən sonra “Səbail” 20 xalla yeddinci pillədəki mövqeyini qoruyub. “Kəpəz” isə 13 xalla sonuncu, səkkizinci pillədədir.

Tura “Neftçi”-“Qəbələ”, “Sumqayıt”-"Qarabağ" oyunu ilə yekun vurulacaq.

Xəbər 1104 dəfə oxundu.