Bolqarıstanlı şahmatçı Veselin Topalov “Shamkir Chess-2018”də liderliyi ələ alıb
Aprelin 22-də Şəmkirdə V Vüqar Həşimov Memorialında dördüncü turun görüşləri keçirilib.

Teymur Rəcəbov Norveç təmsilçisi Maqnus Karlsenlə, Rauf Məmmədov polşalı Radoslav Voytaşeklə, hollandiyalı Aniş Giri Çin şahmatçısı Dinq Lirenlə, Rusiya idmançısı Sergey Karyakin isə çexiyalı David Navara ilə heç-heçə edib.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov bolqarıstanlı Veselin Topalova uduzub.

Hesabında 2,5 xal olan V.Topalov birinci pillədə qərarlaşıb. M.Karlsen, T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin və D.Navara, R.Voytaşek 2 xalla 2-9-cu pilləni bölüşürlər. Ş.Məmmədyarov isə 1,5 xalla sonuncu – onuncudur.

Xəbər 1230 dəfə oxundu.