Binə Atçılıq Mərkəzinin hippodromunda növbəti cıdır yarışları keçirilib
Aprelin 21-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində yerləşən hippodromda növbəti cıdır yarışları keçirilib.

Yarışda 3 yaş və yuxarı Ərəb atları 1600, 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800, 3 yaş və yuxarı ingilis atları isə 1600 metr məsafədə güclərini sınayıblar.

Qeyd edək ki, üç qaçışdan ibarət olan yarış “Handikap” sistemi üzrə keçirilib.

Xəbər 1360 dəfə oxundu.