“Keşlə” klubu “Zirə”ni minimal hesabla məğlub edib
Aprelin 21-də futbol üzrə Azərbaycan Premyer Liqasının XXIIII turu çərçivəsində “Keşlə” klubu “Zirə”ni 2:1 hesabı ilə məğlub edib.

Baş hakim Orxan Məmmədovun idarə etdiyi oyunun 36-cı dəqiqəsində Milan Djuriç hesabı açıb – 0:1. Birinci hissə bu hesabla başa çatıb.

Fasilədən sonra irəli atılan meydan sahibləri 50-ci dəqiqədə istəklərinə çatıblar və Andre Klenon fərqlənib. Qarşılaşmanın 69-cu dəqiqəsində “Keşlə”nin kapitanı Vaqif Cavadov fərqlənərək komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, qarşılaşma “Keşlə” klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra paytaxt təmsilçisi 21 xalla turnir cədvəlində altıncı pilləyə yüksəlib. “Zirə” isə 35 xalla dördüncü yerdədir.

Tura aprelin 22-də keçiriləcək “Səbail”-“Kəpəz”, “Neftçi”-“Qəbələ” və “Sumqayıt”-“Qarabağ” oyunlarından sonra yekun vurulacaq.

Xəbər 1133 dəfə oxundu.