Formula 1 azarkeşlərinə Bakıda eksklüziv yarış otağında gecələmə imkanı
Formula 1 yarış həyəcanının üçüncü dəfə Bakıya qayıtması ilə hadisələrin mərkəzində yer alan “Hilton Baku” oteli ənənəsinə davam edir. Formula 1 Azərbaycan Qran-Prisinin texniki təftiş marşalları oteldə yeni istifadəyə verilmiş “McLaren”in otağında yaradılan şəraitlə maraqlanıblar.

Yarışın marşalları “McLaren” qarajından əvvəl bu otağa baxış keçirərək, həm unudulmaz təəssüratlar yaşayıb, həm də yeni təcrübə qazanıblar.

Texniki təftiş marşalları gündəlik olaraq hər bir bolidi, o cümlədən qəzaya uğramış bolidə də təftiş edərək onun təhlükəsizlik və yarışa uyğunluq tələblərinə cavab verib-vermədiyini müəyyən edirlər. Yarışdan əvvəl komandaların qarajlarını, həmçinin pilotun istifadə etdiyi bütün aksesuarları yoxlamadan keçirərək qaydalara uyğun olmasına nəzarət edirlər.

2005-ci ildən etibarən “McLaren” komandasının tərəfdaşı olan “Hilton” bu böyük yarışın iştirakçısı olan komandaya “ikinci ev” kimi xidmət göstərir. Təsadüfi deyil ki, 60-ı yarışların keçirildiyi 17 ölkədə olmaqla ümumilikdə 5200-dən artıq oteldən ibarət şəbəkəsi olan “Hilton” ilə “McLaren” arasında əməkdaşlıq gündən-günə güclənir.

Ötənilki uğurun davamı olaraq “Hilton Baku” oteli bu il də komanda ilə birgə “McLaren” dizaynlı otaq hazırlayıb. Otağın tərzi “McLaren”in pilotları – Stoffel Vandorndan və ikiqat dünya çempionu Fernando Alonsodan ilhamlanaraq yaradılıb.

Otaqdan Bakıya və təqvimdəki ən sürətli şəhər trekinə mənzərə açılır.

Bəzədilməsində istifadə olunan dəyərli xatirə əşyaları isə birbaşa “McLaren” komandasının Böyük Britaniyadakı mənzil-qərargahından gətirilib. Bura komandanın yeni rəngləri və dizaynını özündə əks etdirən pilot geyimləri və dəbilqələr, “Pirelli” yarış təkərləri və sükan – bir sözlə, çox az sayda insanın yaxından görə bildiyi, daha azının isə toxuna bildiyi əşyalar aiddir.

“McLaren”in otağı 73 milyondan çox üzvü olan “Hilton Honors” loyallıq proqramının rəsmi internet səhifəsində hərraca çıxarılıb. Qonaqlardan biri 110 min xallıq ən yüksək təklifi edərək bu unikal otağı icarəyə götürüb. Qaliblər yarış günlərində həm bu xüsusi dizaynlı otaqdan, həm də pəncərədən Bakı şəhər halqasına açılan möhtəşəm mənzərədən zövq ala biləcəklər.

Xəbər 1001 dəfə oxundu.