Azərbaycan şahmatçısı dünya çempionatında iştirak hüququ qazanıb
Azərbaycan şahmatçısı Günay Məmmədzadə 2019-cu il dünya çempionatında iştirak hüququ qazanıb.

Günay Məmmədzadə Avropa çempionatının 14 iştirakçısı siyahısına daxil ola bilib. Dünya çempionatına lisenziya alanların siyahısında Günay 10-cu yerdə qərarlaşıb.

Slovakiyada keçirilən Avropa çempionatında Azərbaycanı, həmçinin Ülviyyə Fətəliyeva, Xanım Balacayeva, Türkan Məmmədyarova, Gülnar Məmmədova və Zeynəb Məmmədyarova təmsil ediblər və onlar dünya çempionatına vəsiqə qazana bilməyiblər.

Xəbər 765 dəfə oxundu.