Azərbaycan şahmatçısı Birləşmiş Ərəb Əmirliklərində keçirilən turnirdə fərqlənib
Azərbaycan şahmatçısı Eltac Səfərli Birləşmiş Ərəb Əmirliklərinin Şarcə şəhərində keçirilən turnirdə ikinci yeri tutub.

Turnirin sonuncu - 9-cu turunda şahmatçımız çinli Van Hao ilə heç-heçə oynayıb. Eltac Səfərli 7 xal toplayaraq, ikinci yerdə qərarlaşıb.

E.Səfərlidən yarım xal geri qalan digər şahmatçımız Arkadi Naydiç sonuncu turda argentinalı Sandro Mareko ilə heç-heçə oynayıb, yekunda 10-cu yerdədir.

Xəbər 1119 dəfə oxundu.