V Vüqar Həşimov Memorialında ikinci tura start verilib
Şəmkirdə V Vüqar Həşimov Memorialında ikinci tura start verilib.

Turda ilk gedişi Maqnus Karlsen və David Navaranın partiyasında Vüqar Həşimovun bacısı oğlu Xanlar Allahverdiyev edib.

İkinci turda Teymur Rəcəbov Rauf Məmmədovla, Şəhriyar Məmmədyarov polşalı Radoslav Voytaşeklə, Norveç şahmatçısı Maqnus Karlsen çexiyalı David Navara ilə, rusiyalı Sergey Karyakin Çin idmançısı Dinq Lirenlə, Bolqarıstan şahmatçısı hollandiyalı Aniş Giri ilə qarşılaşır.

Qeyd edək ki, ilk turdan sonra bütün şahmatçıların hesabında 0,5 xal var.

Xəbər 1169 dəfə oxundu.