Formula 1 İspaniya Qran Prisi cədvəl üzrə keçiriləcək
Mövsümün əvvəlində “Liberty Media”da bütün yürüş həftəsonlarının cədvəli dərc edilib.

Ötən illərlə müqayisədə bir neçə dəyişiklik baş verib: indi bütün yürüşlər saatın başlanmasından 10 dəqiqə sonra start götürür. Gözlənildiyinə görə, teleşirkətlər bu əlavə vaxt ərzində starta marağı qızışdıracaqlar.

Bundan əlavə, Avropa mərhələlərinin cədvəli dəyişib. İndi Avropa traslarında bütün sessiyalar 2017-ci illə müqayisədə bir saat gec başlayacaq. Dəstək yürüşlərinin sessiyalarının vaxtı da bir saat geri çəkilib.

Bir ay keçməmiş, mayın 11-13-də Barselonada Formula 1 İspaniya Qran Prisi keçiriləcək və bu yürüş yeni cədvəllə işləyən birinci Avropa mərhələsi olacaq.

Xəbər 1601 dəfə oxundu.