Valentin Xristov: «Avropa çempionu adını qazanmaq çox gözəl hissdir» - MÜSAHİBƏ
Azərbaycan yığmasının üzvü Valentin Xristov (56 kq) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. İdman.com.az-ın xəbərinə görə, həmkarımızla söhbətdə, Avropa çempionu qazandığı son uğurdan danışıb.

- Avropa çempionu oldunuz. Təəssüratların necədir?
- Hər şey çox gözəldir. Avropa çempionu adını qazanmaq çox gözəl hissdir. Buna nail olduğuma görə çox şadam. Qələbə üçün möhkəm çalışmış, yarışa ciddi hazırlaşmışdım. Əməyimin bəhrəsini gördüm.

- Qızıl medalları qazanmaqla yanaşı, həm də gənclər arasında 3 Avropa rekordunu yenilədiniz...
- Bu rekordları vacib saymıram. Hədəfim gənclər yox, böyüklər arasında dünya və Avropa rekordlarını yeniləməkdir. Hələ gəncəm. Yetərincə gücüm və zamanım var. Çalışıb, bunu da edəcəyəm.

- Çempionluğunda kimə borclusuz?
- Biz bir ailəyik. Azərbaycan Ağır Atletika Federasiyasında mənə olan münasibətdən çox razıyam.

- Azərbaycan xalqına demək istədiyin bir söz varmı?
- Çox sağ olsunlar. Azərbaycan xalqına dərin minnətdarlığımı bildirir, onlara təşəkkür edirəm.

Xəbər 1217 dəfə oxundu.