Şəmkirdə V Vüqar Həşimov Memorialı start götürüb
Bu gün Şəmkirdə V Vüqar Həşimov Memorialı başlayıb.

Hazırda bütün diqqət planetimizin iki ən güclü şahmatçısı – dünya çempionu Maqnus Karlsen ilə FIDE-nin reytinqində ikinci yerdə qərarlaşan Şəhriyar Məmmədyarov arasında partiyaya yönəlib.

Birinci turun digər partiyalarında Veselin Topalov (Bolqarıstan) və Teymur Rəcəbov (Azərbaycan), David Navara (Çexiya) və Rauf Məmmədov (Azərbaycan), Aniş Giri (Hollandiya) və Sergey Karyakin (Rusiya), Dinq Liren (Çin) və Radoslav Voytaşek (Polşa) qarşılaşıblar.

Xəbər 1163 dəfə oxundu.