“Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku yarışlarının qalibi olub
İstanbulun “Qalatasaray” klubunun qadın basketbolçuları Avropa Kuboku turnirinin qızıl medalını qazanıblar.
İstanbullular iki oyunluq final qarşılaşmasının cavab matçında İtaliyanın “Reyer” klubuna 65:72 hesabı ilə uduzsalar da, ilk oyundakı 90:68 hesablı qələbə sayəsində çempion olublar.

Bu il mübarizəyə Avropa Liqa turnirində başlayan “Qalatasaray” 14 qarşılaşmada 6 qələbə və 8 məğlubiyyətdən sonra Avropa Kuboku turnirində yarışmalı olmuşdu. “Qalatasaray”ın qadın basketbol komandası Avropa Kubokunun yarımfinalında İspaniyanın “Perfumerias Avenida” klubunu mübarizədən kənarlaşdırıb (69:62, 55:57).

Qeyd edək ki, bu, “Qalatasaray”ın Avropa Kuboku turnirində ikinci çempionluğudur. Klubun qadın basketbolçuları 2008-2009-cu il mövsümündə çempion adını qazanıblar. “Qalatasaray” 2013-2014-cü il mövsümündə isə Avropa Liqasının qalibi olub.

Xəbər 1508 dəfə oxundu.