Beynəlxalq qrossmeysterlər məktəbli şahmatçılara ustad dərsləri keçiblər
Təhsil Nazirliyinin tabeliyində olan idman-şahmat məktəblərinin şahmatçılarından ibarət “Təhsil” Respublika İdman Mərkəzinin yığma komandasının üzvlərinin dünya çempionatına hazırlığı ilə əlaqədar “Zuğulba” Tədris İdman Bazasında təlim-məşq toplanışı keçirilib.

Təlim-məşq toplanışı çərçivəsində komanda üzvləri üçün beynəlxalq qrossmeysterlər Şəhriyar Məmmədyarov və Rauf Məmmədov tərəfindən ustad dərsləri təşkil edilib. Qrossmeysterlər məktəbli şahmatçılar üçün iki saat ərzində eyni vaxtda oyun seansı keçirib, onlara beynəlxalq yarış təcrübələri barədə məlumat veriblər.

AZƏRTAC

Xəbər 1095 dəfə oxundu.