Dünya çempionu Maqnus Karlsen Şəmkirdə özünü basketbolçu kimi sınayıb
Şahmat üzrə dünya çempionu Maqnus Karlsen Vüqar Həşimov Memorialında iştirak etmək üçün Şəmkirə gəlib.

Norveçli şahmatçı yarışdan əvvəl basketbol oynamaq istədiyini bildirib. Ötən gün Karlsen 1 saata yaxın basketbol meydançasında məharətini göstərib.

Qeyd edək ki, aprelin 18-də saat 18:30-da başlayacaq “ShamkirChess2018” superturnirinin açılış mərasimi Şəmkirdəki Heydər Əliyev Mərkəzində olacaq.

Xəbər 934 dəfə oxundu.