Azərbaycanda daha bir Simurq klubu yaradıldı
Hacıqabulda ekstremal və hava idman növləri ilə məşğul olacaq “Simurq” İdman Klubu yaradılıb. Bu barədə Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası məlumay yayıb.

Bildirilir ki, kluba rəhbər keçmiş pilot İlqar Cəfərov seçilib. Klub üzvləri əsasən, deltaplanerizm həvəskarlarıdı və bu üzvlər arasında keçmiş pilotlar, həkim və iş adamları vardır. Klub gələcəkdə digər ekstremal və hava idman növləri həvəskarlarını da cəlb etməyi qarşısına məqsəd qoyub.

Xəbər 2614 dəfə oxundu.