Çerlidinq üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən “Sərhədçi” İdman Olimpiya Mərkəzində çerlidinq üzrə paytaxt birinciliyi keçirilib.

Uşaqlar və yeniyetmələr arasında keçirilən yarış çir fristayl, çir caz, çir hip hop stillərində olub.

Yarışın qalibləri hər intizam və yaş qruplarında idmançıların yığdığı balla müəyyənləşib.

İlk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və hədiyyələrlə təltif olunublar.

Xəbər 654 dəfə oxundu.