U-20 millimiz Gürcüstan və Makedoniya yığmaları ilə üz-üzə gələcək
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bağlı dəyişiklik edilib.

Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun rəqibin imtinası səbəbindən baş tutmayacaq. Yığmamız həmin gün – mayın 16-da gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 24-də və 27-də isə komandamız Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.

Xəbər 825 dəfə oxundu.