Nicat Abbasov şahmat festivalının vitse-çempionudur
Gürcüstan şahmatçısı Giqa Kuparadze 9 mümkün xaldan 7 xal toplayaraq, Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq şahmat festivalının “A” turnirində qalib olub.

Azərbaycan qrossmeysteri Nicat Abbasov və türkiyəli oyunçu Kıvanc Həznədaroğlu hərəyə yarım xalla, 6 şahmatçı isə 1 xalla geridə qalıblar. Azərbaycanın ikinci təmsilçisi Zaur Məmmədov 5 xalla 17-ci yerdə qərarlaşıb.

Beynəlxalq şahmat festivalının əsas turnirində 51 şahmatçı, o cümlədən 14 qrossmeyster mübarizə aparıb.

İsveçrə sistemi üzrə keçirilən beynəlxalq yarışma 9 turdan ibrət olub.

Xəbər 916 dəfə oxundu.