Növbəti Azərbaycan çempionatının açılış mərasimi keçiriləcək
Ali təhsil müəssisələri arasında futbol üzrə sayca 4-cü ölkə çempionatı keçiriləcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, aprelin 13-də sözügedən çempionatın açılış mərasimi keçiriləcək. Tədbir saat 15:00-da, “Şəfa” stadionunda baş tutacaq.

Qeyd edək ki, çempionat ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub.

Xəbər 891 dəfə oxundu.