“Boka Xuniors” klubu Buffona altı aylıq müqavilə təklif edib
“Yuventus” futbol klubunun qapıçısı Canluici Buffon cari mövsümün sonunda azad agent statusu ala bilər.

Argentinanın “Boka Xuniors” klubu 40 yaşlı qapıçı ilə altı aylıq müqavilə imzalamaq istəyir.

“Boka Xuniors”un hücumçusu Karlos Tevez keçmiş komanda yoldaşını klub üçün faydalı olacağını və Libertadores kubokunun qazanmaqda onlara yardımçı olacağını deyib.

Qeyd edək ki, daha əvvəl Buffonun cari mövsümün sonunda karyerasını başa çatdıracağı bildirilirdi.

Xəbər 1106 dəfə oxundu.