Millimiz Bosniya və Herseqovina yığması ilə qarşılaşıb
UEFA İnkişaf turnirində iştirak edən 2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib.

Bosniya və Herseqovina yığması ilə qarşılaşan komandamız 2:3 hesabı ilə məğlub olub. Yığmamızın heyətində hər iki qolu Musa Qurbanlı vurub.

Millimiz turnir çərçivəsində Makedoniyaya 0:2, Xorvatiyaya isə 0:1 hesabı ilə məğlub olub.

Xəbər 698 dəfə oxundu.