Bakıda batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının sonuncu gününə start verilib
Aprelin 15-də Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının sonuncu gününə start verilib.

Turnirin sonuncu günündə fərdi batut, sinxron batut, tamblinq və ikili mini-batut yarışlarında qaliblər müəyyənləşəcək.

Qeyd edək ki, 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə edə biləcəklər.

Xəbər 714 dəfə oxundu.