İngiltərə Premyer Liqası: "Mançester Siti" səfərdə "Tottenhem"i məğlub edib
İngiltərə Premyer Liqasının 34-ci turunun mərkəzi görüşündə "Mançester Siti" səfərdə "Tottenhem"ı məğlub edib - 1:3.

Londonun "Uembli" stadionunda keçirilən oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb, 22-ci dəqiqədə Qabriyel Xesus fərqlənib - 0:1. Bu qoldan üç dəqiqə sonra hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və İlkay Gündoğan fürsəti əldən verməyib - 0:2. Birinci hissənin başa çatmasına üç dəqiqə qalmış meydan sahibləri Kristian Eriksenin vurduğu qolla hesab arasındakı fərqi bir topa endirə biliblər.

Matçın 72-dəqiqəsində Rahim Sterling oyunda son nöqtəni qoyub - 1:3.

Bu qələbədən sonra 87 xalla birinci pillədə yerini daha da möhkəmlədən "Mançester Siti" ən yaxın rəqibi “Mançester Yunayted”i 16 xal qabaqlayır . “Liverpul" klubu 70 xalla üçüncü, “Tottenhem" isə 67 xalla dördüncü yerdədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

"Saupgenton" - "Çelsi" - 2:3.

"Barnli" - "Lester Siti" - 2:1.

"Kristal Palas" - "Brayton" -3:2.

"Haddersfild" - "Vorford" - 1:0.

"Svonsi" - "Everton" - 1:1.

"Liverpul" - "Bormut" - 3:0.

Xatırladaq ki, 34-ci tura "Nyukasl"-"Arsenal", "Mançester Yunayted"-"Vest Bronviç", "Vest Xem"-"Stok Siti" oyunları ilə yekun vurulacaq.

Xəbər 722 dəfə oxundu.