Topaz Premyer-Liqası: “Qarabağ” çempionluğun bir addımlığında
Futbol üzrə Topaz Premyer Liqasının XXIII turu çərçivəsində aprelin 15-də keçiriləcək "Qəbələ" - "Səbail" qarşılaşmasının nəticəsindən asılı olaraq, “Qarabağ” klubunun çempionluğu rəsmiləşə bilər.

Bu tur çərçivəsində keçirilən səfər oyununda “Kəpəz” komandasına qalib gələn Ağdam təmsilçiləri çempionluğun bir addımlığındadır. Əgər Qəbələ futbolçuları "Səbail" klubu ilə qarşılaşmada 3 xal əldə edə bilməsələr, “Qarabağ” vaxtından əvvəl Azərbaycan çempionu tituluna sahib olacaq.

Xatırladaq ki, “Kəpəz” üzərində qələbədən sonra “Qarabağ” xallarının sayını 56-ya çatdırıb. Onun ən yaxın izləyicisi olan "Qəbələ" komandasının hesabında isə 41 xal var.

Xəbər 756 dəfə oxundu.