Atçılığın konkur növü üzrə Bakı çempionatında 14 idmançı iştirak edir
Aprelin 13-də Binə Atçılıq Mərkəzinin açıq manejində atçılığın konkur növü üzrə Bakı çempionatının ilk mərhələsi keçirilib. M* kateqoriyası üzrə təşkil olunan yarışda maneələrin hündürlüyü 120-125 santimetr təşkil edib.

14 idmançının iştirak etdiyi yarışda “David” ləqəbli atla “Sərhədçi” klubunun idmançısı Sənan Məmmədov birinci olub.

“Astrello” ləqəbli atla “Buta Qolden” klubunun idmançısı Yahor Morotski yarışı ikinci, “Francessco” ləqəbli atla “Omar” klubunun yetirməsi Ələkbər Məmmədov üçüncü pillədə başa vurublar.

Bakı çempionatına aprelin 14-də yekun vurulacaq.

Xəbər 1316 dəfə oxundu.