UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkü atılıb
Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Arsenal”, Fransanın “Marsel”, İspaniyanın “Atletiko Madrid” və Avstriyanın “Zalsburq” komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, “Marsel” klubu ilə “Zalsburq” komandası qarşılaşacaq. “Arsenal” komandası isə “Atletiko Madrid” klubuna rəqib olub.

Püşkatma mərasimində UEFA Avropa Liqasının kuboku bu turnirin final matçının səfiri, fransalı sabiq futbolçu Erik Abidala təqdim edilib.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 26-da, cavab görüşləri mayın 3-də keçiriləcək. Final qarşılaşması isə mayın 16-da Lion şəhərində oynanılacaq.

Xəbər 661 dəfə oxundu.