UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cütlükləri müəyyənləşib
Aprelin 13-də İsveçrənin Nyon şəhərində futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşk yarımfinala vəsiqə qazanan İngiltərənin “Liverpul”, İtaliyanın “Roma”, İspaniyanın “Real Madrid” və Almaniyanın “Bavariya” komandaları arasında atılıb.

Püşkün nəticələrinə əsasən, yarımfinalda “Bavariya” və “Real Madrid”, həmçinin “Liverpul” və “Roma” komandaları qarşılaşacaqlar.

Püşkatma mərasimində UEFA Çempionlar Liqasının kuboku bu turnirin final matçının səfiri, ukraina milli komandasının baş məşqçisi Andrey Şevçenkoya təqdim edilib.

UEFA Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyunları aprelin 24 və 25-də, cavab görüşləri mayın 1 və 2-də keçiriləcək. Final qarşılaşması isə mayın 26-da Kiyev şəhərində oynanılacaq.

Xəbər 670 dəfə oxundu.