Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində irəliləyib
FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə irəliləyərək 245 xalla 126-cı pillədə qərarlaşıb.

UEFA Millətlər Liqasında Azərbaycanla eyni qrupda yer alan Farer adaları 94-cü (364 xal), Kosovo 152-ci (164 xal) və Malta isə 185-ci (62 xal) pillədə yer alıb.

Reytinq cədvəlinə 1533 xalla Almaniya millisi başçılıq edir. Braziliya 1384 xalla ikinci, Belçika isə 1346 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 673 dəfə oxundu.