UEFA-nın təşkilatçılığı ilə Bakıda stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb
Aprelin 12-də Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.

Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, futbol üzrə Azərbaycan Premyer Liqasında iştirak edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edirlər.

2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və “Avro-2020”nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində təşkil olunmuş təlimin əsas məqsədi təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır.

Seminar aprelin 16-da başa çatacaq. Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.

Xəbər 744 dəfə oxundu.