“Azərreyl”in baş məşqçisi olacaq Alessandro Çiappininin köməkçisi müəyyənləşib
Növbəti mövsümdə “Azərreyl”in baş məşqçisi olacaq Alessandro Çiappininin köməkçisi müəyyənləşib. İtaliyalı mütəxəssis həmyerlisi Nikola Neqronu özünə əsas köməkçi götürüb.

Onlar bunadək Polşa çempionu etdikləri “Atom”da birgə çalışıblar. Çiappininin başçılıq edəcəyi məşqçilər korpusunda əsasən italiyalı mütəxəssislər yer alacaq.

32 yaşlı Neqronun voleybol karyerası 20 yaşından başlayıb. Maraqlıdır ki, o, yeniyetmə yaşlarında voleybolla yanaşı, futbol da oynayıb.

İtaliyanın müxtəlif liqalarında məşqçi kimi çalışan Nikola 2007-ci ildə Türkiyə yığmasının baş məşqçi olan Çiappinin köməkçisi olub. Onlar 3 ildə “ay-ulduzlularla” 2009-cu ildə Avropa Liqasının gümüş, 1 il sonra bürünc medallarını qazanıblar. Türkiyə milli komandasından ayrıldıqdan sonra vətəninə qayıdan Neqro 1 il Çiappinidən ayır işləyib və bu mövsüm “Atom”da yenidən yolları kəsişib.

Xəbər 1930 dəfə oxundu.