Manuel Neqretenin “DÇ-1986”da vurduğu qol dünya çempionatları tarixində ən yaxşı qol hesab edilib
Meksika yığmasının sabiq yarımmüdafiəçisi Manuel Neqretenin “DÇ-1986”da vurduğu qol futbol üzrə dünya çempionatları tarixində ən yaxşı qol hesab edilib.

FIFA-nın martın 31-dən aprelin 9-dək “facebook”da təşkil etdiyi səsvermə çərçivəsində azarkeşlər təklif olunan 32 variantdan Neqretenin Bolqarıstan yığmasının (2:0) qapısından keçirdiyi qolu seçiblər.

Səsvermənin sonunda Neqretenin zərbəsi İspaniyada “DÇ-1982”də SSRİ ilə matçda braziliyalı Ederin uzaqdan qaçaraq qol vurmasından daha çox səs toplayıb.

Xəbər 714 dəfə oxundu.