Masallıda futbol üzrə açıq rayon birinciliyinə start verilib
Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Banbaşı kənd stadionunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş futbol üzrə açıq rayon birinciliyinə start verilib.

Yarışın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov, kənd ağsaqqalı Nadir Adıgözəlov, veteran-idmançı Balayar İbayev və başqaları ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, idmançılara qələbə sevinci arzulayıblar.

Qeyd edək ki, 12 komandanın iştirakı ilə keçirilən açıq rayon birinciliyi mayın 9-da başa çatacaq.

Xəbər 710 dəfə oxundu.