İspaniyadan olan 30 məktəbli dünyanı gəzəcək
İspaniyanın Kastilya-La-Mança vilayətindən olan 30 məktəbli “Kastilya-La-Mança dünyanı gəzir” devizi altında 30 min 648 kilometrlik məsafəni qət edəcəklər.

Aprelin 23-dən iyunun 1-dək baş tutacaq layihədə məktəblilər gəldikləri ölkələri əsasən piyada gəzəcəklər. Məqsəd məktəblilərin bədən tərbiyəsini aktivləşdirmək, sağlam həyat tərzini təbliğ etməkdir. Səfər çərçivəsində yerli idmançılarla görüşlər də nəzərdə tutulub.

Səfər turuna İtaliya, Yunanıstan, Bolqarıstan, Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Tacikistan, Çin, Cənubi Koreya, Yaponiya, ABŞ və Portuqaliya daxildir.

AZƏRTAC

Xəbər 604 dəfə oxundu.