“Nakhchivan Open-2018” festivalında ən güclü şahmatçılar qarşılaşacaqlar
Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş “Nakhchivan Open-2018” beynəlxalq şahmat turnirinə mayın 1-də start veriləcək.

Üç qrupda (A, B, C) keçiriləcək turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. “A” qrupunda birinci mükafatın məbləği 5000 dollardır. Bu qrupda 18 qrossmeyster artıq qeydiyyata alınıb.

Festival çərçivəsində istirahət günündə mükafat fondu 2000 dollara bərabər olan blits-turnir keçiriləcək. “B” və “C” turnirləri də hərəsi 9 turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçiriləcək.

Festival iştirakçılarının ilkin siyahısında Azərbaycan, Belarus, İsrail, Niderland, Almaniya, İspaniya, Yunanıstan, İran, Bolqarıstan və digər ölkələri təmsil edən 21 şahmatçı qeydiyyata alınıb.

Turnirin qalibləri mayın 10-da məlum olacaq.

Xəbər 835 dəfə oxundu.