Almaniyada cüdoçumuzun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib
Almaniyanın paytaxtı Berlində yeniyetmə cüdoçular arasında Avropa kuboku yarışı başa çatıb. Beynəlxalq turnirin sonuncu günü Azərbaycan milli komandası üçün uğurlu olub. Cüdoçularımız Avropa kubokunda daha 2 medal qazanıblar.

Turnirdə 90 kiloqram çəki dərəcəsində yarışan Yaqub İsmayılzadə bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Toğrul Salmanov (90 kq-dan yuxarı) Berlində bürünc medala layiq görülüb.

Qeyd edək ki, Berlin turniri bu il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xalları verib.

Xəbər 1053 dəfə oxundu.