“Qarabağ” həndbolçuları “Azərsu” kollektivini minimal hesabla məğlub ediblər
Qadın həndbolçuların Azərbaycan çempionatında 17-ci turun oyunları keçirilib.

Günün mərkəzi oyununda "Qarabağ" və "Azərsu" komandaları üz-üzə gəliblər. Görüşdə gözlənilmədən "Qarabağ" kollektivi minimal hesabla qalib gəlib - 30:29.

Günün digər oyunları isə favoritlərin asan qələbəsi ilə yekunlaşıb. "Azəryol" "Gənclər Birliyi"ni 31:20, "Nur" İdman Akademiyası"nı 38:16 hesabı ilə məğlub edib.

Aprelin 8-də kişi həndbolçular arasında ölkə birinciliyində pley-off mərhələsinin ikinci oyunları keçiriləcək. Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri "Məhsul"la, "Təhsil" komandası isə "Bakı" ilə qarşılaşacaq.

Qadın həndbolçular arasında 18-ci tura aprelin 12-də "Nur" - "Qarabağ" oyunu ilə start veriləcək. Aprelin 14-də isə "Azərsu" - "Gənclər Birliyi", "Azəryol" - "İdman Akademiyası" matçları ilə tura yekun vurulacaq.

AZƏRTAC

Xəbər 1326 dəfə oxundu.