Tennis üzrə Azərbaycan yığması birinci Türk Universiadasının finalına vəsiqə qazanıb | |
Aprelin 7-də “Şüa” İdman Sağlamlıq Mərkəzində birinci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) çərçivəsində tennis yarışlarına start verilib. Qadınların komanda yarışlarında Azərbaycan millisi Qırğızıstan komandasına 3:0 hesabı ilə qalib gəlib. Türkiyə yığması da Qırğızıstanı 3:0 hesabı ilə məğlub edib. Kişilərin komanda oyunlarında isə Azərbaycan yığması Qırğızıstandan 3:0 hesabı ilə üstün olub. Türkiyə millisi də eyni hesabla Qırğızıstan üzərində qələbə qazanıb. Aprelin 8-də Azərbaycanın qadın və kişi komandaları Türkiyənin müvafiq yığmaları ilə finalda qarşılaşacaqlar. |
|
Xəbər 642 dəfə oxundu. |
|
|