Slovakiyada keçiriləcək Avropa çempionatında 6 qadın şahmatçımız mübarizə aparacaq
Bu gün Slovakiyanın Vısoki Tatra şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatına start veriləcək. Yarışda 30 ölkədən 144 şahmatçı qadın, o cümlədən 77 qrossmeyster iştirak edəcək.

Sayca 19-cu olan turnir İsveçrə sistemi üzrə 11 turda keçiriləcək.

Azərbaycanı bu turnirdə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Zeynəb və Türkan Məmmədyarovalar təmsil edəcəklər.

Əsas vəzifə qadın iştirakçıların top 14-lüyünə daxil olmaqdır. Çünki qadınlar arasında şahmat üzrə dünya çempionatına məhz 14 nəfər təsnifatdan keçir.

Xəbər 651 dəfə oxundu.