“Sportinq”in prezidenti tənqidi qəbul etməyən 19 futbolçunu kənarlaşdırdı
“Sportinq”də klubun prezidenti Bruno de Karvalyu ilə komandanın oyunçuları arasında münaqişə olub.

Avropa Liqasının 1/4 finalının birinci matçında “Atletiko”ya 2:0 hesabı ilə məğlub olduqdan sonra Bruno de Karvalyu komandanı çox sərt tənqid edib.

Buna cavab olaraq Lissabon klubunun 19 futbolçusu sosial şəbəkələrdə klubun prezidentini futbolçuları dəstəkləmədiyi üçün ittiham edib. Əvəzində De Karvalyu 19 oyunçunu komandadan kənarlaşdırıb. O, “Facebook” səhifəsində bildirib: “Bunu yazan bütün oyunçular dərhal kənarlaşdırılıb, onları intizam tədbirləri gözləyir. Bu tərbiyəsiz uşaqlar heç kimə və heç nəyə hörmət etmir, lakin mənim də səbrim tükənib”.

Kənarlaşdırılan futbolçuların siyahısında “Sportinq”in liderləri, o cümlədən Ruy Patrisiu, Brunu Fernandeş, Jelson Martinş, Uilyam Karvalyu, Brayan Ruis, Fabiu Koentrau və Seydu Dumbiya var.

Xəbər 639 dəfə oxundu.